Çingiz Abdullayev: "İnanmıram yüz il sonra bizi oxusunlar"

Çingiz Abdullayev: "İnanmıram yüz il sonra bizi oxusunlar"
calendar 18 dekabr 2014
clock 11:22
Kulis.az "Ulduz" jurnalının və APA TV-nin birgə layihəsi olan "Ulduzlu kvartet" verilişini təqdim edir...

“Ciddi ədəbiyyatşünas və tənqidçilərin heç biri detektiv ədəbiyyatı qeyri-ciddi hesab etmir”

Bunu APA TV-də yayımlanın “Ulduzlu kvartet” verilişinin qonağı, xalq yazıçısı Çingiz Abdullayev deyib.

Onun sözlərinə görə, detektiv yazan yazıçıların daha çox şöhrət qazanmağı iddiasının özü də mübahisəlidir: “Yaxşı yazan yazıçının kitabını alıb oxuyurlar. Tolstoy bəyəm oxunmur?! Milyonlarla yazıçı detektiv yazır. Siz elə bilirsiniz, onların kitablarını alıb oxuyurlar?!”.

Tənqidçi İradə Musayeva bildirib ki, ədəbiyyatşünaslıqda detektiv deyilən janr yoxdur: “Epik növdə povest, hekayə və roman janr hesab olunur. Detektiv hekayə, detektiv roman deyirik. Biz detektivə də janr desək, onda necə səslənir?! İki janr üst-üstə düşür. Janr sözü hər ifadəyə yapışdırılmalı deyil. Əslində, ədəbiyyatşünaslıqda detektiv janr anlayışı yoxdur. Mən Çingiz müəllimin haqqında oxuyuram ki, siyasi detektivin banisi. Bəzən vəzifəli adamların atası haqqında danışanda onu ədəbiyyatda saxlamaq üçün yazırlar ki, lirik-psixoloji romanının banisi. Bu, çox gülünc, eybəcər bir şeydir. Bizdə ədəbiyyatşünaslığı avam yerinə qoyurlar, özlərini ədəbiyyata dürtmək üçün qanunları və nəzəriyyəni dəyişmək istəyirlər. Aristoteldən, Belinskidən gələn qanunları dəyişib özlərini ora zorla yerləşdirmək niyyətindədirlər. Belə olmaz! Mənim əlbəttə, Çingiz müəllimə hörmətim var, amma cəbhədaşları, detektiv yazanlar onun nüfuzuna xələl gətirirlər. Çingiz müəllim buna etiraz etməlidir”.

Janr məsələsində Çingiz Abdullayev İradə Musayevanın fikirlərinə şərik çıxıb: “Məşhur tənqidçi Mariya Semenovanın sözüdür, deyir, hansı tənqidçi ki, sözünə detektiv ədəbiyyatın janrı olması ilə başladı, deməli, o ümumiyyətlə, tənqidçi deyil. Bizim ən tanınmış ədəbiyyatşünaslar, professorlar da mənə kitab bağışlayanda yazırlar ki, görkəmli fantast yazıçı Çingiz Abdullayevə. Yəni ədəbiyyatşünaslıqla məşğul olan adam bu fərqi bilmirsə, deməyə söz qalmır”.

Yazıçı və tənqidçi arasında fikir ayrılığı populyarlıq məsələsində yaranıb. Ç. Abdullayevin fikrinə görə, kitab mağazasındakı minlərlə kitabın içində hər hansı bir yazıçının kitabının seçilib satılmağı onun üçün uğurdur. İ. Musayeva isə düşünür ki, Azərbaycan oxucusunun intellektual səviyyəsi o qədər yüksək deyil ki, seçim etmək imkanı olsun: “Kitab mağazasından seçilən yazıçı böyük yazıçıdır anlamına gəlmir”.

“Bu fikirlə razılaşmıram. Yüz il keçib, amma Frans Kafkanı, Çeyms Coysu, Marsel Prustu oxuyurlar. Tolstoy da, Dostoyevski də oxunur. Yüz il sonra bu yazıçıları yenə oxuyacaqlar. İnanmıram ki, bizi yüz il sonra oxusunlar. Populyarlıq əlbəttə, ədəbiyyatda qalmaq demək deyil. Yazıçı çalışmalıdır ki, onu oxusunlar”.

Bu fikirləri Çingiz Abdullayev səsləndirib.

Detektiv mövzuların işlənmə keyfiyyətinə gəldikdə isə, qonaqların hər ikisi hesab edir ki, ciddi yazıçının məqsədi hansısa ölüm hadisəsinin arxasına düşüb roman yazmaq yox, qəhrəmanların və situasiyanın psixoloji əsaslarını göstərmək olmalıdır.

# 1139 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news