Azərbaycanlı rəssamın əsərləri Parisin məşhur qalereyasında

Azərbaycanlı rəssamın əsərləri Parisin məşhur qalereyasında
calendar 20 oktyabr 2017
clock 10:03

Parisin “Espace Nesle” sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyovanın əsərləri nümayiş olunur.

Qalereyada rəssamın “Sevgi oyuncaqları” seriyasından 5 əsəri sərgilənib. Bunlardan “Marionetka” tablosu Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinin Zurab Tsereteli İncəsənət Qalereyasında fransız rəssamların əsərləri ilə birlikdə, digər əsərləri isə Parisin əsas sərgi salonu “Qrand Pale”də (Grand Palais) nümayiş etdirilib.

N. Nərimanbəyova Parisdə “Qrand Pale”də keçirilən “Art en capital” sərgisində “Adajio” diptixinə görə “TOİLE D'OR” mükafatına layiq görülüb. Bununla da o, “2016-cı ilin Fransada və Avropada ən yaxşı rəssamı” statusunu qazanıb.

Parisdə rəssamlar arasında böyük nüfuza malik “Stella Art İnternational” Assosiasiyasının sədri Stella Kalinina azərbaycanlı rəssamın əsərlərinin əsas məziyyətindən bəhs edərək bildirib ki, Nigar Nərimanbəyova ilə artıq 5 ildir birlikdə işləyir. Onun əsərləri insanlara nağıla dönmüş xoş və unudulmaz uşaqlıq illərini xatırladır, sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaradır. O qeyd edib ki, rəssam tamaşaçıları dərindən düşünməyə sövq edən mənalı mövzu seçir. Stella Kalinina gələcəkdə Nigar Nərimanbəyobanın fərdi sərgisini təşkil edəcəklərini də vurğulayıb.

Sərgi oktyabrın 22-dək davam edəcək.

# 1431 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news