M.F.Axundzadənin əsərləri ilk dəfə macar dilində nəşr olunub

M.F.Axundzadənin əsərləri ilk dəfə macar dilində nəşr olunub
calendar 21 dekabr 2012
clock 13:37

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibəti ilə onun əsərləri ilk dəfə macar dilində nəşr olunub. Səfirlikdən APA-ya verilən məlumata görə, “Mirzə Fətəli Axundzadə. Komediyalar və nəsr” adlanan kitaba böyük ədibin altı komediyası və “Aldanmış kəvakib” povesti daxil edilib.

Əsərləri orijinaldan azərbaycanşünas-alim, Bakı Dövlət Universitetinin məzunu Mariya Keneşi çevirib. Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev kitaba “Yeni Azərbaycan ədəbiyyatının banisi” adlı geniş müqəddimə yazıb. Burada Mirzə Fətəli Axundzadənin XIX əsr Azərbaycan və bütünlükdə türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi həyatındakı böyük rolundan, onun öz çoxcəhətli yaradıcılığı ilə yeni ədəbiyyatın və milli dirçəlişin banisinə çevrilməsindən bəhs edilir.

Hazırda Səfirlik böyük ədibin pyeslərindən birinin macar səhnəsində tamaşaya qoyulması üçün macar teatrları ilə danışıqlar aparır.

# 2036 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news