«Kontrabas» Şri-Lankanın Kolombo festivalında nümayiş olunub

«Kontrabas» Şri-Lankanın Kolombo festivalında nümayiş olunub
calendar 8 aprel 2013
clock 14:00

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının kollektivi beynəlxalq festivaldan qayıdıb. Mart ayının 26-dan – 4 arrel tarixlərinədək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edən teatr ASSITEY-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil olunmuşdur.

Tamaşada Resrublikanın Əməkdar Artisti, “Qızıl Dərviş” mükafatı laureatı, rrezident mükafatçısı Şövqi Hüseynov çıxış edib. Əməkdar Artist, teatrin direktoru Mübariz Həmidovun Kulis.az-a verdiyi məlumata görə,sözügedən festitvalda nominasiyalar və xüsusi qiymətləndirmə sistemi olmayıb. «Bizim apardığımız Kontrabas tamaşası diplom və xüsusi mükafatla təltif olundu.

Festivalda teatrlar arasında qarşılıqlı münasibətlər yaranır. Bu festivalın ən yaxşı tərəfidir. Biz Avstriyadan olan bir teatr kollektivi ilə söhbətlər apardıq. Onlar bir kukla tamaşasında yeni bir texniki formadan-proyeksiadan böyük peşəkarlıq və zövqlə istifadə etmişdilər. Onları dəvət etmək və 2014-cü ildə dramaturgi material özümüzdən olmaq şərtilə bizdə də belə bir tamaşa hazırlamaq haqqında razılaşdıq. Məncə bu, bizim teatr msəkanımızda yenilik olacaq». Məlumat üçün bildirək ki, “Kontrabas” tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında yüksək mükafatlara layiq görülmüşdür.

Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetdə keçirilmiş beynəlxalq konfransda Mübariz Həmidov “Azərbaycan Teatrı – 140” və “Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya” mövzularında çıxış edib.

# 1574 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news