Əsmər Nərimanbəyova: “Atam Bakıda dəfn olunmaq istəyirdi”

Əsmər Nərimanbəyova: “Atam Bakıda dəfn olunmaq istəyirdi”
calendar 4 iyul 2013
clock 09:20

"Bundan sonra da atamın yenidən Azərbaycanda dəfn olunmasına çalışmalıyıq". Bunu APA-ya açıqlamasında bu gün Parisdə dəfn edilmiş azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun qızı, Əsmər Nərimanbəyova deyib.

“Bu gün nə deyə bilərəm, atamı nəhayət torpağa tapşırdıq. Passi məzarlığı Parisin ən tanınmış qəbiristanlıqlarından sayılır, burada çox məşhur şəxslər dəfn olunublar. Yenə də bir şey yaxşı oldu ki, öncə nəzərdə tutulduğu kimi atamın meyitini yandırtmadılar.

Əvvəl bildiyiniz kimi həyat yoldaşı bu cür etmək istəyirdi. Mənim məhkəməyə şikayət etməyim, apelyasiya şikayəti verməyimin də müsbət nəticəsi o oldu ki, buna imkan vermədik. Nə yaxşı ki, nəhayət normal şəkildə dəfn edə bildik.

Amma əlbəttə, yaxşı olardı ki, biz onu Azərbaycanda, öz vətənində dəfn edə biləydik. Bunu bütün azərbaycanlılar, dostları, yaxınları istəyirdilər. Azərbaycanda dəfn olunsaydı daha layiqli təşkil olunacaqdı, hamı, onun əsərlərini sevən xalqımızda hörmətlə onu son mənzilə yola salacaqdı. Bizim arzumuz bu idi, çünki o özü də bunu istəyirdi”, deyə Toğrul Nərimanbəyovun qızı bildirib. .

Əsmər Nərimanbəyova mərhumun son arzusu ilə də bölüşdü: “Bir dəfə onu xəstəxanaya ziyarət etməyə getmişdim. Mənə dedi ki, birdən qalmasam, ölsəm, məni çalışın Bakıda dəfn edin. Bakıya getmək istədiyini demişdi. Xəstəxana da elə hey Azərbaycan haqda danışırdı, elə bil hiss etmişdi öləcəyini. Çox çətindir indi bizim üçün, çox çətindir. Amma təsəvvür edin ki, atam düz bir ay torpağa tapşırıla bilmədi.

Yəni, indiki həyat yoldaşı burda dəfn olunmasını əldə etdisə, biz də rahatlandıq ki, atamı nəhayət torpağa tapşırıldı. Düzdür, bu faktı qəbul etməliyik. Amma fikrimcə, gələcəkdə yaxşı olardı ki, onun meyitini buradan çıxarıb Azərbaycanda, doğma vətənində fəxri xiyabanda yenidən dəfn edək”.

# 1692 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news