“Arxadakı körpüləri yandırın”-TÜRKİYƏDƏ

“Arxadakı körpüləri yandırın”-TÜRKİYƏDƏ
calendar 24 iyun 2014
clock 14:21

Yazar Rövşən Abdullaoğlunun motivasiya psixologiyası silsiləsindən olan “Arxadakı körpüləri yandırın” kitabı Türkiyədə nəşr olunub.

Bu barədə Kulis.az-a müəllifin özü məlumat verib.

Rövşən Abdullaoğlunun sözlərinə görə, kitab Azərbaycanda böyük maraqla qarşılanıb, qardaş ölkədə də maraq doğuracağına ümid çoxdur: “Kitab motivasiya psixologiyası silsiləsindəndir. Ölkəmizdə bu kitabın uğurunu nəzərə alsaq, Türkiyədə də eynilə uğur qazanacağını düşünürük. Kitabda insanın fərdi və ictimai həyatında inkişafına səbəb olacaq bir çox mühüm qaydalar öz əksini tapmışdır. Hər bir mövzu real insan həyatından bədii fraqmentlərlə zəngindir. Kitab qeyri-adi üslubda qələmə alınıb, hər bir mövzuya fərqli yanaşma var. Şərq və Qərb təfəkkürünün sintezli baxışı da kitaba qəribə ab-hava verir. “Arxadakı körpüləri yandırın” kitabımdır. Ancaq son kitab deyildir. Hazırda digər kitablar üzərində də iş gedir”.

Qeyd edək ki, yazar müxtəlif səpkilərdə yazılmış 7 müstəqil, 9 tərcümə və şərh, 2 sırf tərcümə olmaqla 18 kitab müəllifidir.

# 1510 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news