Almaniya bizim rəssamların gözü ilə - SƏRGİ

Almaniya bizim rəssamların gözü ilə - SƏRGİ
calendar 27 may 2016
clock 10:02

Mayın 26-da “Kapellhaus”da azərbaycanlı rəssamların əsərlərindən ibarət “Almaniya bir rəssamın gözü ilə” mövzusunda doqquzuncu sərginin açılışı və qaliblərin mükafatlandırılması mərasimi olub.

Kulis.Az Azərtaca istinadən xəbər verir ki, sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “Qız Qalası” İncəsənət Qalereyası və “Berlin-Bakı” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilib.

Almaniya səfirliyinin müvəqqəti işlər vəkili Folker Berreshaym gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək dəyərləndirib.

Azərbaycan gənclərinin böyük bacarıq və istedada malik olduqlarını söyləyən diplomat diqqətə çatdırıb ki, budəfəki sərgidə 117-dək əsər nümayiş etdirilir. F.Berreshaym bütün rəsmlərin ustalıqla, böyük zövqlə işləndiyini vurğulayıb.

Bildirilib ki, sərgidə nümayiş olunan əsərlərdə təbiət, mənzərə, güllər, dəniz, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi əksini tapıb. Sərgidə rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər də nümayiş olunub.

Sonda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Sərgi iyunun 12-dək davam edəcək.

# 1062 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news