“Azdrama” beynəlxalq festivalda – BU GÜN

“Azdrama” beynəlxalq festivalda – <span style="color:red;">BU GÜN
calendar 2 avqust 2017
clock 09:43

Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beynəlxalq Monotamaşalar Festivalı avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək.

Festivalda rejissor Anar Babalının əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək.

Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov çıxış edəcək.

Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.

Qeyd edək ki, Monotamaşalar Festivalı Bolqarıstanda ənənəvi olaraq keçirilir. Festivala Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələrin təmsilçiləri də qatılacaq.

# 1021 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news