Nəsimiyə həsr olumuş heykəltəraşlıq simpoziumuna start verilib

Nəsimiyə həsr olumuş heykəltəraşlıq simpoziumuna start verilib
calendar 21 sentyabr 2019
clock 12:01

“Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb.

APA xəbər verir ki, budəfəki simpoziumda yaradılan əsərlər 650 illik yubileyi qeyd olunan Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub. Simpoziumda bu dəfə 8 ölkədən 11 heykəltəraş iştirak edir.

Hazırda Azərbaycan, Belarus, Bolqarıstan, Çin, İran, Latviya, Rumıniya və Rusiyadan olan heykəltəraşlar “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
ərazisində aqlay daşından Nəsimi yaradıcılığına həsr etdiyi əsərlərini yaratmaqdadır.

Sentyabrın 30-da Heydər Əliyev Fondunu tərəfindən təşkil olunan Nəsimi festivalı çərçivəsində həmin əsərlərin təqdimatı keçiriləcək.

İranlı heykəltəraş Səid Əhmədi layihədə ilk dəfə iştirak etdiyini deyib. O da digər həmkarları kimi bu simpoziuma Nəsimi yaradıcılığından bəhrələnərək ərsəyə gətirəcəyi əsərlə qatılacağını qeyd edib: “Biz bu əsərləri hazırlayərkən müəyyən müddət çəkir ki, onu tam ərsəyə gətirək. Ancaq bütün bu əziyyətlərin nəticəsinin yaxşı olduğunu düşünmək lazımdır. Tam gücümüzlə buna çalışırıq. Ümid edirəm ki, budəfəki simpozimum maraqlı və yaddaqalan olacaq”.

Belaruslu heykəltəraş Aleksey Vrublevski bildirib ki, o, Nəsimi yaradıcılığı ilə yaxından tanışdır. Şairin qəzəlləri onda xoş təəssürat yaradıb. Aleksey Vrublevski yaradacağı əsərdə daha çox şairin poeziyasından ilhamlandığını söyləyib. “Mən də bu tədbirə birinci dəfədir qatılıram. Bir neçə gündür birlikdə çalışırıq. Nəsimi yaradıcılığı ilə tam vəhdət təşkil edəcək sənət əsərinin meydana gəlməsinə inanıram”.

Həmyerlimiz, azərbaycanlı heykəltəraş Fərman Qasımov çalışır ki, simpoziuma fərqli və olduqca maraqlı “Təcəlli” əsəri ilə qatılsın.

“Belə tədbirin hər il keçirilməsi olduqca əlamətdardır. Simpoziumda müxtəlif ölkələrdən olan sənətkarların bir araya gəlməsi, həm də sənət və təcrübə
mübadiləsi deməkdir. Bunun, digər müsbət cəhəti, həm də ondadır ki, xarici ölkədən olan sənətkarlar Nəsimi yaradıcılığına dərindən bələd olur. Bir sözlə, sənətin dili ilə şairin zəngin yaradıcılığını insanlara çatdırırlar. Hamıya uğurlar arzulayıram”.

Dünyanın əksər ölkələrində belə möhtəşəm simpoziumlarda iştirak etdiyini deyən rusiyalı heykəltəraş Nikolay Karlıxanov hər ölkədə fərqli-fərqli əsərlərlə çıxış etdiyini qeyd edib və burada Nəsimi yaradıcılığından bəhrələnərək kamil bir əsər yaradacağına əminliyini ifadə edib.

Digər heykəltəraşlar da ölkəmizdə dördüncü dəfə keçiriləcək tədbirin önəmini vurğulayaraq, əsərlərin insanlar tərəfindən bəyəniləcəyi və simpoziuma tövhə olacağını söyləyiblər.

Qeyd edək ki, “Daşın nəğməsi” adlı IV Beynəlxalq heykəltəraşlıq simpoziumu 2016-cı ildən keçirilir.

# 1761 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news