Bakıda Əhməd Şəfəqin kitablarının təqdimatı keçirilib FOTOLENT

Bakıda Əhməd Şəfəqin kitablarının təqdimatı keçirilib FOTOLENT
calendar 29 noyabr 2012
clock 10:57

Dünən Bakıda türkiyəli müğənni və yazar Əhməd Şəfəqin kitablarının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə media rəhbərləri, ictimai-siyasi təşkilatların nümayəndələri, yazarlar iştirak ediblər.


Tədbirdə çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Ə.Şəfəq Azərbaycana tək sənətçi gözü ilə baxmayıb: “Azərbaycanı həmişə sevib. O, hansı tədbirdə çıxış edibsə, həmişə Azərbaycanın bayrağı ilə çıxış edib”.


T. Rüstəmxanlı qeyd edib ki, kitabda Osmanlı dövlətinin son dönəmlərinə aid hadisələr Ə.Şəfəq tərəfindən özünəməxsus dillə təsvir olunub.


Tədbirdə çıxış edən “Olaylar” qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, AMİP lideri Etibar Məmmədov, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı kitabda əhatə edilən mövzulardan danışıblar. Çıxış edənlər Ə.Şəfəqin bədii yaradıcılıq sahəsində addımlarını müsbət qiymətləndiriblər.


Tədbirdə Ə.Şəfəqin “Kan Meclisi-1915”, “Kurt-2015” və “Küresel Gelişmeler işığında Türkleşmek, İslamlaşmak ve Çağdaşlaşmak” kitabları təqdim olunub.

# 1483 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news