Səfəvilər dövrünə aid əlyazmalar və xalçalar digitallaşdırılır

Səfəvilər dövrünə aid əlyazmalar və xalçalar digitallaşdırılır
calendar 11 dekabr 2012
clock 15:00

Səfəvilər dövrünə aid əlyazmalar və xalçalar digitallaşdırılaraq təqdim olunur.

APA-nın məlumatına görə, İsgəndəriyyə Kitabxanası və onun direktoru Dr. İsmail Serageldinin rəhbərliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Qarabağ Fondu Səfəvilər dövrünə aid əlyazmaların və xalçaların araşdırılaraq toplanması və hazırda aid olduğu muzey və mərkəzlərin icazəsi ilə digitallaşdırılaraq mütəxəssislərə təqdim edilməsi layihəsini reallaşdırır.


Bu layihə çərçivəsində artıq Metropolitan Muzeyində mövcud olan Səfəvilər bölməsindəki əlyazmalar və xalçaların yüksək keyfiyyətdə digitallaşdırılması yekunlaşıb və həmin xalçaların Azərbaycan xalça ustaları tərəfindən eyni keyfiyyətlə toxunulmasını reallaşdırmaq planlaşdırılır. O cümlədən Şah İsmayıl Xətaiyə məxsus olan Divanın tam digitallaşdırılaraq ən yüksək keyfiyyətlə faksimil nüsxəsinin hazırlanması üzərində işlər aparılır. Bu əlyazma nüsxələri həm Qarabağ Fondu, həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kolleksiyasında müxtəlif sərgilərdə nümayiş etdiriləcək.


Artıq dekabrın 3-dən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qarabağ Fondu ilə birgə ABŞ-da Nizami Gəncəvinin 870 illik yubiley ili çərçivəsində silsiləvi sərgilər reallaşdırır. Bu layihələr Gəncə şəhər İcra Hakimiyyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə həyata keçirilir.

# 3050 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news