“Qarabağ hekayələri” adlı audio-kitabın təqdimatı keçirilib

“Qarabağ hekayələri” adlı audio-kitabın təqdimatı keçirilib
calendar 24 dekabr 2012
clock 17:00

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-publisist Günel Anarqızının “Qarabağ hekayələri” adlı audio-kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, “Qarabağ hekayələri” adlı audio-kitabda hekayələr xalq artistləri Fəxrəddin Manafov, Şükufə Yusupova, Yalçın Adıgözəlov, əməkdar artist Mehriban Zəki, aparıcılar Nərgiz Cəlilova və Emin Musəvi tərəfindən səsləndirilib. Hekayələr toplusunda əməkdar artist Emil Əfrasiyab və pianoçu Nizami Əliyevin bəstə və ifaları yer alıb.

Tədbirdə çıxış edən xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, audio-kitab halında belə bir diskin hazırlanması yüksək qiymətləndirilməlidir. Onun sözlərinə görə, audio halında kitabın olması gənclər üçün çox əlverişli olacaq. Yazıçı-publisist Günel Anarqızı deyib ki, əslində bu hekayələr çoxdan yazılıb: “2002-2006-cı illərdə qələmə aldığım hekayələrim burada əks edilib. Artıq kitab halında bir neçə dəfə çap olunub. Ancaq audio-kitab formatında ilk dəfədir. Layihədə bir çox tanınmış simalarımız iştirak edib. Onlara da öz təşəkkürümü çatdırıram. Düşünürəm ki, ictimaiyyətimiz üçün olduqca maraqlı layihə olacaq. İnanıram ki, hamı tərəfindən çox seviləcək”.

İki dildə hazırlanan audio-kitaba yazıçının 2002-2006-cı illər arasında qələmə aldığı “Ataya”, “Şuşam”, “Ağac”, “Qadın üzlü şəhər”, “Arzu” və “Keçmişə sarı” hekayələri daxildir. Təqdimat mərasimində AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, AYB-nin gənclər üzrə katibi Rəşad Məcid və başqaları iştirak edib.

Qeyd edək ki, “Qarabağ hekayələri” yazıçının sayca ikinci audio-kitabıdır. Kitab “Bank Standart”ın maliyyə dəstəyi ilə ərsəyə gəlib.

# 2508 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news