Bill Qeyts: “Birləşmiş Ştatların prezidentinə yazığım gəlir”

Bill Qeyts: “Birləşmiş Ştatların prezidentinə yazığım gəlir”
calendar 16 fevral 2013
clock 08:15

Kulis.az Bill Qeytsin həyat qaydalarını təqdim edir.

Mən həyasız insan deyiləm. Əksinə. Mən məyus olan insanam. İddiasızam. Nəzakətliyəm.

Desəniz ki, ömrünə 2 il də əlavə edirik, iqtisadiyyat üzrə məktəb oxu. Mən bunu edə bilməzdim, inanın. Kitab rəfimə baxın, burda biznesə aid kitab yoxdur.

Pulu səmərəli xərcləmək, onu qazanmaq qədər çətindir. Əgər gələcəkdə xərcləməyə pulum qalsa, onu səmərəli şəkildə xərcləməyə çalışacağam.

E-mail göndərməmişdən qabaq saçlarımı darayıram ki, cəlbedici görsənim.

Biznes - əla oyundur. Həmişə rəqabət var və oyunun şərtləri çox sadədir. Hesabları isə pul müəyyən edir.

Deməliyəm ki, Birləşmiş Ştatların prezidentinə yazığım gəlir. Çünki ona göndərilən məktubların çoxunda bir nüsxəsinin də mənə göndərildiyi yazılır. Məncə elektron poçtu ilə məşğul olmaq ona məndən daha çətindir.

Uğur heç nə öyrətmir. O, sadəcə ağıllı insanları əmin edir ki, siz uduza bilməzsiniz.

Bu yaxınlarda bir restorana getmişdim. Bir nəfər mənə yaxınlaşdı və məndən pul istədi. Mən tutuldum. Sonra o məndən xahiş etdi ki, internetdə onun səhifəsinə daxil olum. Bu alternativ xahiş mənim xoşuma gəldi, bilmirəm düz etdim ya yox, bundan sonra çıxarıb ona 5 dollar verdim. Ola bilər ki, bu internetdə şəxsi səhifəsi olan BOMJ idi.

Həyatın bütün çətinliklərinə qarşı yaradıcı yanaşanda həyat daha da maraqlı olur.

Vaxtdan istifadəyə dair dinin baxışları o qədər də effektiv deyil. Məsələn, bazar günü səhər mənim görəcəyim min dənə iş olur. (Söhbət xristianların bazar günü kilsəyə getməsindən gedir-R.N.)

Təəccüblüdür ki, Melinda (Bill Qeytsin həyat yoldaşı – tərc.) məni ona evlilik təklifi etməyə məcbur edə bildi. Qəribədir, çünki bu mənim nikah haqqında rassionalist nəzəriyyəmə tamamilə zidd idi.

Uşağın televizora öyrəşməyindənsə, kompüterə öyrəşməyi daha yaxşıdır.

Bir müddətdən sonra kompüterlər hiss edəcəklər, hətta bizim ovqatımızı müəyyən edə biləcəklər, söhbətləri başa düşəcəklər. Ancaq bu o demək deyil ki, onlar düşünə biləcəklər... Hələ ki...

Mən finalın harda olduğunu bilsəydim, onu çoxdan əldə etmişdim.

Mənbə: Esquire

# 5176 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news