Ədalət Əsgəroğlu: "Şairdə, yazıçıda 50 min manat hardandır?”

Ədalət Əsgəroğlu: "Şairdə, yazıçıda 50 min manat hardandır?”
calendar 29 iyul 2013
clock 17:22

“Azərbaycan Yazıçılar Birliyi, Baş prokurorluq və Mərkəzi Seçki Komissiyasının işçiləri üçün Xətai rayonu, general Əliağa Şıxlinski küçəsi 29/42 V saylı məhəllədə üç girişli yaşayış binasının tikintisinin layihələşdirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin 21 iyul 2009-cu il tarixli 282 saylı sərəncamı var. Bu torpaq sahəsini adımıza rəsmiləşdirə bilmədik. Ərazini adımıza rəsmiləşdirməkdən ötrü 50 min manat rüsum ödəmək lazım idi. Şairdə, yazıçıda 50 min manat hardandır?” Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Kulis.Az-a açıqlamasında yazıçıların ev probleminə münasibət bildirərkən deyib.

Ədalət Əsgəroğlu Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 2009-cu ilin əvvəllərində şair və yazıçıların mənzil məsələsinin yaxşılaşdırılmasına dair ölkə başçısına müraciət etdiyini bildirdi: “Cənab prezident məsələyə müsbət yanaşdı. Bakı Şəhər İcra Hakimiyyəti də bizə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yer ayırdı. Müəyyən olmayan səbəblərə görə həmin ərazidən imtina etdik. Daha sonra Xətai rayonunda yer ayrıldı”.

Mətbuat xidmətinin rəhbəri çertyoju hazır olan binadan şair və yazıçılara düşəcək 80-100 mənzilli binanın tikintisi üçün onların maddi imkanının olmadığını qeyd etdi: “Kooperativ mənzil tikintisinə şair və yazıçıların gücü çatmır. Torpaq sahəsi ayrılıbsa niyə orda mənzil tikilməsin? 80-100 şair, yazıçı ordan ev alsa pis olar? Baş prokurorluq və Mərkəzi Seçki Komissiyasının binaları tikilir. Biz ödəyə bilmədik, gücümüz çatmadı. Yazıçının, şairin pulu haradandır ki, kooperativ bina tiksin? Sağ olsun, ev tikməyə icazə verirlər, ancaq gücümüz çatmır axı”.

# 2094 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news