Azərbaycanın daha bir filmi Kann festivalında nümayiş olunacaq

Azərbaycanın daha bir filmi Kann festivalında nümayiş olunacaq
calendar 24 aprel 2014
clock 13:38

Elmar İmanovun və Engin Kundağın birgə işi olan “Torn” filmi Kann festivalının “Rejissor həftəliyi” proqramına salınıb.

Kulis.azın xəbərinə görə, “Torn” (ayrı) filmi iki dünya haqqında qısametrajlı filmdir. Bugünki Bakının fonunda ata ilə oğulun həyatından bir epizod təqdim olunur. Oğlan uşağı həyətə yaşıdları ilə futbol oynamağa düşür, kişi isə evin damına qadınla görüşməyə çıxır. Onlar münasibətlərinin düyününü necə çözəcəklər? Bir yerdə, amma ayrı yaşayan adamlar necədirlər? filmin əsas problematikası bu sualar ətrafındadır.

“Torn” filmi Azərbaycan şirkəti Fil Production tərəfindən alman şirkəti Color of May-la birgə ötən il çəkilib. Filmdə Mirmövsüm Mirzəzadə, Zülfiyyə Qurbanova və Rasim Cəfər çəkilib. Filmdə Filmin sponsoru Azərbaycan Vergilər Nazirliyidir.

Xatırladaq ki, Elmar İmanovun bundan əvvəlki “Tabutçunun yelləncəyi” filmi 2012-ci ilin tələbə Oskarına layiq görülmüşdü. Engin Kundağ isə “Ararat” filmi ilə Berlinare festivalından mükafat qazanmışdı.

“Rejissor həftəliyi” Kann festivalının xüsusi paralel proqramıdır. 1968-ci ildəki çıxışlardan sonra yaranıb. Bu, bütün dünyanınm müstəqil müəllifləri üçün platformadır. Bir zamanlar burada Verner Hersoqun, Fassbinderin, Hanekenin, Cim Carmuşun, Skorsezenin, Koppolanın və başqa indi məşhur olan o zaman gənc rejissorların debüt işləri təqdim olunub.

Xatırladaq ki Azərbaycandan daha bir film “Sonuncu” (rej. Sergey Piikalov) 67-ci Kann festivalında qısametrajlı filmlərin müsabiqə proqramına daxil edilib.

# 1980 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news