AYB erməni yazıçının birliyə üzv məsələsinə münasibət bildirdi

AYB erməni yazıçının birliyə üzv məsələsinə münasibət bildirdi
calendar 23 iyun 2014
clock 14:29

“Azərbaycan torpaqları erməni işğalından azad olunmayınca, sülh sazişinə və BMT-nin qətnamələrinə əməl edilməyincə, işğalçı siyasət dayanmayınca, təbii ki, heç bir erməni yazıçının AYB-in üzvü olması qeyri-mümkündür. Düşmən ölkə olduğu üçün onları qətiyyətlə rədd edirik”. Bunu Lent.az-a erməni yazıçısı Lyubik Çibuxçyanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması üçün birliyə müraciət edəcəyi ilə mətbuatda gedən xəbərlərə münasibət bildirərkən AYB-in mətbuat xidməti Xəyal Rza bildirib. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, erməni yazıçının AYB-ə üzv olmaq istəməsi ilə bağlı mətbuatda fikirlər yayılır: “Bildirmək istəyirik ki, əvvəla bu absurd fikirdir. Çox böyük ehtimalla o erməni yazıçı işindən azad olunduğu, öz rəhbərliyini təhdid etmək üçün bu yola əl atıb. Gah “Azərbaycan keçəcəm deyir”, gah Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq istəyir. Erməni yazıçı bizə rəsmi müraciət etməyib. Sadəcə saytlarda müraciət edəcəyi yazılıb. Bunun da nə dərəcədə doğru olub, olmadığını bilmirik. Ümumiyyətlə, bir erməninin belə bir istəyi bizi qətiyyən maraqlandırmır”.

“Bəs bu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün birinci katibə ərizə ilə müraciət edə biləcəyi haqqında nizamnamənin qaydaların zidd deyilmi?” sualını mətbuat xidməti belə cavablandırıb: “Bu qayda bütün millətlərə aiddir, ermənidən başqa. Ermənilər bizə düşmən mövqeyi göstərirlər. İstər Xocalı faciəsinə görə, istərsə də torpaqlarımızın işğal etdiklərinə görə ermənilərin AYB-ə üzv olması mümkün deyil. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən istənilən qurum bizimlə eyni mövqedə çıxış edərdi”.

Qeyd edək ki, Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Lyubik Çibuxçyan Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu quruma müraciət etmək niyyətindədir.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Lyubik Çibuxçyan yerli jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Yazıçılar Birliyinin rəhbərliyi yaxın günlərdə onu qurumun sıralarından kənarlaşdırmaq niyyətindədir. “Məni qəsdən elə həddə çatdırırlar ki, qoy mən özüm könüllü şəkildə Birliyi tərk edim. Mən bunu etməsəm belə, onsuz da, onlar bunu mənim əvəzimə edəcəklər. Lakin mən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu quruma müraciət etməyə qərar vermişəm. Mən bu addımı atmaq istəmirdim, məni buna məcbur edirlər. Yazıçı həmişə yazıçı olaraq qalır, onun axı başqa məsələlərə nə aidiyyatı var?”, deyə Çibuxçyan qeyd edib.

# 1999 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news