Detektiv yazar ad günündə yeni kitabının təqdimatını keçirəcək

Detektiv yazar ad günündə yeni kitabının təqdimatını keçirəcək
calendar 15 iyul 2014
clock 14:11

19 İyul saat 16:00 da “Kitabevim.az” kitab marketində Hədəf Nəşrlərinin direktoru, detektiv yazar Müşfiq Xanın "Qatil üçün nekroloq" romanının təqdimatı keçiriləcək. Kulis.Azın məlumatına görə “Qatil üçün nekroloq” romanı orduda baş verən özbaşınalıqlardan bəhs edir.

Yazar eyni zamanda oxucularıyla ad gününü də qeyd edəcək.

Müəllifin dediyinə görə, romanımın ideyası orduda özbaşınalıq hallarının artdığı bir vaxtda yaranıb: “Təxminən bir il əvvəl bu ideya haqqında düşünməyə başladım. Bu günlərdə tamamladığım roman Azərbaycan ədəbiyyatında tərsinə detektiv alt janrında yazılmış ilk romandır.”

Hərbi xidmət zamanı zabit tərəfindən təhqir edilən əsgər, aldığı psixoloji sarsıntıdan sonra silsilə qətllər törədən qatilə çevrilir. Zəngin yaradıcı fantaziyası olan Oxtəkin adlı qatili ələ keçirmək ciddi problemə çevrilir. Bu zaman müstəqil xəfiyyə, istefada olan polkovnik, ailəsi ermənilər tərəfindən qətlə yetirilmiş Tomar Bəşirli cinayət hadisələrini araşdırmaq üçün fəaliyyətə keçir.

Qatilin romantik ovqatı, şeirə, şairlərə isti münasibəti detektiv romanlar üçün yenilik sayıla bilər .

“Qatil üçün nekroloq” sayca müəllifin 7-ci bədii kitabıdır.

Romanın redaktoru Kənan Hacıdır.

Ünvan: Kitabevim.az kitab marketi / Puşkin 32 (28 may metrosu, Dəmiryol xəstəxanasının yanı, AK center 2-ci mərtəbə )

# 1725 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news