Bəstəkarlar İttifaqında Nəsiminin 650 illik yubileyi keçiriləcək

Bəstəkarlar İttifaqında Nəsiminin 650 illik yubileyi keçiriləcək
calendar 17 aprel 2019
clock 17:14

Aprelin 18-19-da Azərbaycan Bəstəkarlar İttifaqında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 ilik yubileyinə həsr olunmuş “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi obrazı və poeziyası” mövzusunda elmi-praktik musiqişünaslıq konfransı keçiriləcək.

İkigünlük konfransda respublikanın tanınmış musiqişünaslarının Nəsiminin irsi və obrazının Azərbaycan musiqisində çoxşaxəli təcəssümü ilə bağlı tədqiqatlarının yer aldığı 10 məruzə təqdim ediləcək.

Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözü ilə çıxış edəcək. Tədbirin birinci günündə sənətşünaslıq doktoru, professor Cəmilə Həsənovanın (“Azərbaycan musiqisində Nəsimi mövzusu”), Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın (“Bəstəkarlar İttifaqının Nəsimiyə həsr olunmuş yeni layihəsi”), sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Abdullayevanın (“Tofiq Quliyevin “Nəsimi” kinofilminə musiqisi”), Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyevanın (“Nəsimi və musiqi: Firəngiz Əlizadənin “Nəsimi-Passion”u”) musiqişünas Raya Abbasovanın (“İki romans – Cəlal Abbasovun Nəsiminin sözlərinə qəzəlləri”) məruzələri təqdim olunacaq.

Konfransın ikinci günündə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı (“Fikrət Əmirov yaradıcılığında Nəsimi obrazı”), Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva (“Azərbaycan bəstəkarlarının Nəsimiyə həsr olunmuş əsərlərində bədiilik”), sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva (“Azər Rzayevin “Nəsimi” simfonik poeması haqqında”), Aysel Kərimova “Azərbaycan bəstəkarlarının vokal yaradıcılığında Nəsimi lirikası”) məruzələrlə çıxış edəcəklər.

Konfransın musiqili hissəsində romanslar ifa ediləcək, böyük Nəsiminin poeziyası əsasında Azərbaycan bəstəkarlarının orkestr əsərlərindən video-fraqmentlər göstəriləcək./azertag.az/

# 2093 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news