ABŞ-da Nizami Gəncəvinin əlyazmalarından ibarət sərgi keçirilib

ABŞ-da Nizami Gəncəvinin əlyazmalarından ibarət sərgi keçirilib
calendar 4 dekabr 2012
clock 11:43

ABŞ-da İsgəndəriyyə Kitabxanası, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Qarabağ Fondunun təşkilatçılığı ilə Nizami Gəncəvinin orijinal əlyazma və illüstrasiyalarından ibarət sərgi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının rəhbəri İsmayıl Seragəldin Nizaminin bəşəriyyətin mədəni və mənəvi zənginliyinin artırılmasında misilsiz xidmətləri olan ölməz şair, filosof və alim olduğunu vurğulayıb: “Nizami Gəncəvi şərq mədəniyyətinin atasıdır, o, doğulduğu və bütün həyatını yaşadığı Azərbaycanın sərhədlərindən çox kənarlara çıxaraq bütün dünya mədəniyyətinə misilsiz töhfə verib”.

Qarabağ Fondunun həmtəsisçisi Adil Bağırov Nizami sərgisinin önəmi və Amerika ictimaiyyətini diqqətinə çatdırılmasının əhəmiyyətin vurğulayaraq, sərginin dekabrın 20-nə kimi Qarabağ Fondunun mərkəzi ofisində davam edəcəyini söyləyib.

Sərginin açılışında Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

# 1147 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news