Mahir Qabiloğlunun “Ərmən-Şuşanikin sevgisi” kitabı çap olundu

Mahir Qabiloğlunun “Ərmən-Şuşanikin sevgisi” kitabı çap olundu
calendar 27 yanvar 2014
clock 13:40

Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” adlı hekayələr kitabı işıq üzü görüb. Kulis.azın məlumatına görə kitabda müəllifin “Ərmən-Şuşanikin sevgisi” hekayəsi ilə yanaşı “Ərmən”, “O dünyaya məktublar”, “Atam Qabilin və dostlarının baməzə əhvalatları”, “Həyat müşahidələrim” və başqa məqalələr yer alır.

Kitabda ümumilikdə 85 yazısıyla tanış ola biləcəksiniz.

“Ərmən – Şuşanikin sevgisi” hekayəsinin qəhrəmanı Şuşanik öz xalqını, millətini, torpağını, nəhayət doğulduğu Qarabağı sevgilisi Əhməddən fərqli olaraq çox sevir.

Hekayə boyu oxucu bunu addım-addım izləyir. Şuşanik nə edirsə-etsin Böyük Ərməniyyə dövlətinin yaradılması uğrunda xalqının arzuları onu ailə məhəbbətindən bir addım irəlidə gedir. Xalqının Böyük Ərməniyyə arzuları onun əslən şuşalı olan əri Əhmədə olan sevgisindən qat-qat yüksəkdə dayanır. 90-cı il hadisələrindən sonra Süsənə çevrilsə də, hicaba girsə də, familiyası Məmmədova olsa da, azərbaycanlıların çevrəsində yaşasa da daim xalqının yanında olur, erməni, ərmən, hay olmasını bir anda yaddan çıxarmır.

444 səhifədən ibarət kitab “Bakı Çap evi”ndə nəfis tərtibatda çap olunub. Nəşrin redaktoru və bədii tərtibçisi İbrahim Nizamioğlu, korrektoru isə Mahmud Qəzənfəroğludur.

# 1880 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news