“Əli və Nino”da cazibədar ispan aktrisa oynayacaq

“Əli və Nino”da cazibədar ispan aktrisa oynayacaq
calendar 2 fevral 2015
clock 11:14

Britaniyanın "PeaPie Films" kino şirkəti Məmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino" əsəri əsasında ekranlaşdırılan eyniadlı filmin hazırlıqlarına başlayıb. Müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.

Filmdə azərbaycanlı Əlixan Şirvanşirin rolunu tanınmış aktyor Adam Bakri, gürcü gözəli Ninonun obrazını isə ispan aktrisa Mariya Valverde canlandıracaq.

"Səmadan 3 metr yüksəklikdə" filmində yaratdığı Babi rolu ilə böyük populyarlıq qazanmış Valverdə artıq Bakıdadır. O, şəxsi Instagram hesabında Bakıdakı hazırlıq prosesini əks etdirən fotoları paylaşıb.

Qeyd edək ki, Məhəmməd Əsəd Bəyin Qurban Səid imzası ilə yazdığı bu roman ilk dəfə 1937-ci idə Berlində alman dilində (Qot əlifbasında) çıxıb. Əli və Ninonun sevgi hekayəsi Birinci Dünya Müharibəsindən öncəki dövrdə Bakıda, Gürcüstanda və İranda baş verib. Roman ilk nəşrindən bu yana dünyanın əksər dillərinə tərcümə edilib və XX yüz ilin ən gözəl sevgi romanları sırasında yer alıb./buro247.az/

# 1128 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news