Akademik Milli Dram Teatrının direktoruna sertifikat təqdim olundu

Akademik Milli Dram Teatrının direktoruna sertifikat təqdim olundu
calendar 12 oktyabr 2015
clock 12:17

Türkmənistanda TÜRKSOY-a üzv olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçirilib. Teatrın mətbuat xidmətindən Kulisə verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış edərək toplantının əhəmiyyətindən, türkdilli ölkələrin teatrları arasında olan əlaqələrin vacibliyindən, gələcək əməkdaşlıq münasibətlərindən danışıb.

Beynəlxalq toplantıda Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov türkdilli ölkələrdə teatrın yeri və fəaliyyət perspektivləri haqqında məruzə ilə çıxış edib: “Məruzədə irəli sürülən məsələlərin aktuallığı ilə bağlı Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Türkiyə və digər ölkələrin teatr rəhbərləri həmrəy olduqlarını bildirdilər və qarşılıqlı əlaqələrin vacibliyini təsdiqlədilər. Tədbirdə türkdilli dövlətlərin teatr rəhbərlərinin yekun sənədi qəbul edildi. Qəbul olunmuş sənəddə türkdilli ölkələrin teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin zəruriliyi və qarşılıqlı mədəni bəhrələnmənin perspektivləri əksini tapıb”.

Teatr Direktorları Şurasının toplantısında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova xüsusi sertifikat təqdim olunub.

Qeyd edək ki, beynəlxalq tədbir müddətində bir neçə türkdilli ölkələrin teatr kollektivlərinin tamaşaları da təqdim olunub.

# 972 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news