Bu divar çeynənmiş saqqızlardan düzəlib – FOTO

Bu divar çeynənmiş saqqızlardan düzəlib – <span style="color:red;">FOTO
calendar 4 may 2017
clock 14:04

Amerikada uzaqdan baxanda rəngarəng görünən əslində çeynənmiş saqqızlardan düzəldilmiş bir divar var.

Bütün dünyada qəhvə evləriylə tanınan Sietl şəhərindəki bu divarın hekayəsini öyrənmək üçün 90-ların əvvəlinə qədər getmək lazımdır.

Sietlın Post Alley küçəsində teatra bilet almaq üçün növbədə gözləyən insanlar çeynədikləri saqqızları divara yapışdıraraq istər-istəməz belə bir ənənə yaradıblar.

Bir müddət sonra o küçədən keçən hər kəs divara saqqız yapışdırmağa başlayıb. Nəticədə belə bir mənzərə yaranıb.

Sietla yolu düşən hər kəsin ən azı bir dəfə bu divarı görməyə getməsi və qarşısında şəkil çəkdirməsi də ənənə halını alıb.

Bələdiyyə dəfələrlə divarları saqqızdan təmizləyə cəhd etsə də 1998-ci ildən başlayaraq bura ikonik küçəyə çevrilib.

Tarixi bir məkan qədər turistlərin marağına səbəb olan divar bəzilərinə görə “gördükləri ən rəngli və gözəl şey”dir, bəzilərinə görə isə itələyicidir.

Bir çox insan “burada saqqızlardan incəsənət əsəri yaradılır, divara saqqızlardan maraqlı rəsmlər çəkilir” desə də səlahiyyətli şəxslər buxar cihazları ilə divarları təmizləməyə çalışıblar.

Ancaq divarın təmizlənməsi etirazlara səbəb olub, minlərlə insan qısa müddətdə divarı əvvəlki vəziyyətinə qaytarıblar.

Bu ikonik divarlar Sietla səfər edən hər bir turistin görmək istədiyi ilk yer kimi hələ də siyahılarda adını qoruyur.

# 1168 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news