“Nar bağı”nın rəngi – Tahir Tahiroviç yazır

“Nar bağı”nın rəngi – Tahir Tahiroviç yazır
calendar 3 avqust 2017
clock 14:11

İlqar Nəcəfin “Nar bağı” həyat rəngi haqqında film idi. Ekran əsərinin ilk epizodunda Cəlalın gözündə problem olmasını görürük.

Əslinə qalsa film boyu mən tamaşaçı olaraq həyatı Cəlalın gözüylə rəngsiz görürdüm. Xüsusən də narın qırmızı rəngini seçə bilməməsi onun üçün qaranlıq dünya idi. Qırmızı rəng canlılıq, dinamizm, xoşbəxtlik eşqi təmsil edir. Gördüyümüz bir işdə nə qədər əzimli və qərarlı olduğunuzu göstərə biləcəyimiz bir rəngdir. Qırmızı sevən insanlar tez həyəcanlanır, tez əsəbiləşir. Tənbəlliyi sevmir, başqalarının düşüncələrinə elə də fikir vermirlər. Cəsarət və sosiallıqları ilə seçilirlər. Mənim üçün filmin qəhrəmanı Cəlaldır. Çünki düşdüyü ailə mühiti cansıxıcıdır. Filmin müəllifləri ekran əsərində buna xüsusi fikir veriblər.

Rejissor və ssenarist bundan əvvəlki işlərində də ailə dramasına toxunublar. Düşünürəm ki, onlar düşündüklərindən çox gördüklərini ssenaridə yazıblar.

Hər on Azərbaycan ailəsinin birində filmdə gördüyümüz proseslər davam edir və davam edəcək də.

Çünki bu bizim mentalitetdir.

Filmin sonuncu epizodunda Cəlalın gözlərinin sağalmasını və rəngləri seçdiyini hiss edirik. Amma və lakin o artıq babasının və özünün də o gözəlliklər içində böyüdüyü qırmızı rəngli nar bağını görə bilməyəcək. Çünki atası onun babasının nar bağını yox, oğlunun yeni dünyasını satmışdır.

Müəlliflər bu gün yaşadığımız yüzlərlə problemi qabarda bilib. Yəni zaman bizi gözləmir, gözləsə də sonda əlimizdən hər şeyi alır.

Necə ki, ata uşağından qırmızı rəngi alıb özüylə apardı.

# 1060 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news