Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlanıb

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlanıb
calendar 27 sentyabr 2013
clock 11:05

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın ölümü ilə bağlı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Qeyd edək ki, E. Niftəliyeva sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Hadisədən dərhal sonra E. Niftəliyevanın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibb Ekspertizası və Komisyon müayinədən keçirilib. APA-nın məlumatına görə, keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Niftəliyeva asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E. Niftəliyevanın əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Hazırda fakt üzə araşdırma aparılır.

Qeyd edək ki, A. Niftəliyev mətbuata açıqlamada E. Tofiqqızının əməliyyatdan öncə vurulan narkoz nəticəsində öldüyünü bildirib.

# 1964 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news