Sevdiyin kitab haqqında yaz, qalib ol-MÜSABİQƏ

Sevdiyin kitab haqqında yaz, qalib ol-MÜSABİQƏ
calendar 6 may 2014
clock 10:02

“Hədəf” Nəşrləri “Sevimli Kitabım” adlı resenziya müsabiqəsi elan edib. Kulis.Azın məlumatına görə müsabiqədə ancaq Hədəf Nəşrlərinin çap etdirdiyi kitablar haqqında yazılan resenziyalar qəbul edilir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir.

– Müsabiqə üçün göndərilən resenziya, təqdimat yazısı yaxud annotasiyalar məsafəli 1000 (bir min) işarə həcmindən artıq olmamalıdır.

– Müsabiqəyə yalnız “Hədəf” Nəşrlərinin çap etdirdiyi kitablar haqqında yazılan resenziyalar qəbul edilir.

– Müsabiqə iştirakçılarının hər biri maksimum 3 (üç) resenziya ilə qatıla bilər.

– Hədəf Nəşrlərinin bədii, milli, çağdaş, tərcümə, cib kitabları, xatirə ədəbiyyatı və uşaq ədəbiyyatından olan kitablardan istənilən biri resenziya mövzusu ola bilər.

– Müsabiqə üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqə üçün göndərilmiş resenziyalar Oxucu Klubunun formalaşdırdığı 7 (yeddi) nəfərlik jüri heyəti tərəfindən ümumi səsvermə ilə qiymətləndiriləndən sonra ictimaiyyətə açıqlanacaq.

İlk 3 (üç) yeri qazanmış (jürilərin səs çoxluğu ilə) resenziyalar Kitabevim.az mağazasında keçiriləcək təqdimat mərasimində mükafatlandırılacaq.
1-ci yer – Ipad
2-ci yer – Samsung mobil telefonu
3-cü yer – Hədəf Nəşrlərinin kitab dəsti

Təqdimat günü bütün resenziyaların toplandığı “Sevimli Kitabım” nəşri iştirakçılara və qonaqlara təqdim ediləcək.

Resenziyaların qəbulu

– Müsabiqəyə mayın 7-də rəsmi start verilir. Resenziyaların qəbulu 1 (bir) ay davam edərək, iyunun 7-si, saat 22:00-da dayandırılacaq.


– Jüri heyətinin resenziyaları qiymətləndirməsi 10 (on) iş günü davam edəcək.


– Mükafatlandırma iyunun 21-də nəzərdə tutulub.

– Resenziyalar [email protected] e-poçtuna göndərilməlidir.


– Müsabiqə iştirakçıları seçdiyi əsərin (əsərlərin yaxud kitabların) adını və müəllifini qeyd etməklə yazdıqları resenziyaları göndərməlidir.


– Yazılan resenziyalara müsabiqə iştirakçısı tərəfindən xüsusi ad verilməlidir.

Müsabiqəyə əsərlərin qəbulu müddətində göndərilən bütün resenziyalarwww.oxucuklubu.az (.com, .net) saytının “Sevimli Kitabım” bölməsində və “Oxucu Klubu”nun rəsmi facebook səhifəsində dərc olunaraq oxucular üçün yayımlanacaq.

Qeyd: Hədəf Nəşrlərinin bədii, milli, çağdaş, tərcümə, cib kitabları, xatirə ədəbiyyatı və uşaq ədəbiyyatından olan kitablarla nəşriyyatın rəsmi facebook səhifəsi, kitabevim.az mağazası və habelə müsabiqə müddətində təqdim olunacaq siyahıdan tanış ola bilərsiniz.

# 2673 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news