Səddam Hüseynin güllələdiyi qadın yazarın əsəri Azərbaycan dilində

Səddam Hüseynin güllələdiyi qadın yazarın əsəri Azərbaycan dilində
calendar 24 iyun 2014
clock 14:05

Müsəlman dünyasının azsaylı qadın yazıçılarından olan Aminə Sədrin (Bintül-hüda) “Xəstəxanada görüş” povesti ana dilimizdə çap edilib.

Kitab “Parlaq imzalar” nəşriyyatında çap nəşr edilib. Kitabın müəllifi Bintül-hüda şəxsiyyəti və maarifpərvər fəaliyyəti ilə öz dövrünün qadın liderinə çevrilmişdi. Onun əsərləri dərin elmi-fəlsəfi mövzuların asan dildə çatdırılması ilə fərqlənir.

Orijinallığı, dərinliyi və özünə məxsusluğu ilə seçilən “Xəstəxanada görüş” povesti də oxucunu həyəcanda saxlayan süjet xətti ilə yanaşı bir çox elmi-fəlsəfi mövzulara anlaşıqlı və səlis şəkildə aydınlıq gətirilir.

Əsərdə təsadüfi bir şəkildə həkim Aminə ilə tanış olan baş qəhrəman onun timsalında hər birimizin həyatını iflic edən sualların cavabını tapmağa başlayır və onlar arasında möhkəm bir dostluq bağı yaranır. Sonra gizli bir sirr nəticəsində o Aminədən uzaqlaşmaq məcburiyyətində qalır və bu onlar üçün dözülməz faciəyə bərabər olur...

Qeyd edək ki, kitabın müəllifi Aminə Sədr 1980 – cı ildə barışmaz mövqeyinə görə qardaşı, filosof və fenomenal şəxsiyyət Məhəmməd Baqir Sədr ilə birlikdə eyni gündə Səddam Hüseyn tərəfindən gündə qətlə yetirilmişdir.

# 1898 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news