“Qanlı yanvar” - Dibi görünməyən istedadsızlıq

“Qanlı yanvar” - <span style="color:red;">Dibi görünməyən istedadsızlıq
calendar 26 yanvar 2015
clock 12:11

Kulis.Az Şəhriyar del Geraninin “Qanlı yanvar” filmi haqda qeydlərini təqdim edir.

“Vahid Mustafayevin "20 yanvar"dan bəhs edən boyavik-fantastik-nadanitik "Qanlı yanvar" filminə on beşcə dəqiqə baxdım. Düz sözümdü. Ciddən. Baxdım!

Plakatı 90-larda məktəbli qızların "Xatirə dəftəri"ndəki qırmızı qələmlə yüksək zövqsüzlüklə, naşıca çəkilmiş "ağlayan gözlər" rəsmlərini xatırladan bu filmlə dostumuz bir daha isbat etməyə çalışdı ki, "baxın, mənim istedadsızlığımın dibi görünmür"!

Bilmirəm, bu film çəkmək, rejissor kimi görünmək, yaradıcı adam pozası almaq ehtiyacı hardan və nədən yaranır. Qəti bilmirəm.

Bircə bildiyim bu: Ki, böylə banal yaradıcılıq cəhdləri yetişməkdə olan gəncliyin, əfkari-ümumiyyədə isə ictimaiyyətin mədəni zövqünə ciddi, dəruni zərbələr vurmaqda. Hansı ki, bu zərbələr cahil din adamlarının İslama vurduğu zərbələrdən heç də geri qalmır. Nədən ki, İslama dəyən həmin zərbələr bugünki halda bəşəriyyət üçün qaçılmaz təhlükəyə çevrilən neçe-neçə radikal dini qruplaşmalara çevrilmiş.

Nəticə:

Nə vaxta qədər ki, böylə bayağı sənət nümunələrinin ərsəyə gəlməsinə qadağalar qoyulmayacaq, gələcək üçün də öylə radikal mədəni qruplaşmaların yaranmasına geniş imkanlar yaranacaq.

P.S. Mirşahin qardaşımız nə təhər şeir yazırsa, Vahid qardaşımız da eyni bədii heysiyyatsızlıqla filmlər çəkir. Bir yekə əmmanı isə deməyə bilmərəm. Hər iki dostumuz peşəkar televiziyonçu! Bu istiqamətdə fəaliyyət göstərib başqa telekanalları da bir balaca ANSləşdirə bilsələr, millət üçün daha böyük iş görmüş sayılar. Başqa heç nə...

# 1190 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news