Yeni kitab: “Dinlər, təriqətlər, peyğəmbərlər”

Yeni kitab:  “Dinlər, təriqətlər, peyğəmbərlər”
calendar 29 oktyabr 2013
clock 15:29


Yazıçı Cəlil Cavanşirin “Hədəf” nəşriyyatında yeni kitabı işıq üzü görüb. Bu barədə Kulis.Az-a müəllif özü məlumat verib: “Yeni kitabım “Dinlər, təriqətlər, peyğəmbərlər” adlanır. Kitaba qeyri-ənənəvi dinlər və təriqətlər, saxta peyğəmbərlər və batil inanclar haqqında zaman-zaman Kulis.Az saytında çap olunan araşdırmalarım daxil edilib. Kitab din haqqında maraqlı məlumatlar əldə etmək istəyən oxucular üçün nəzərdə tutulub. Kitabda səmavi dinlərdən sonraya ortaya çıxan, daha çox islamı təhrif üzərində qurulan dinlərin yaranması, inkişafı haqqında maraqlı məlumatlar var. Eyni zamanda islamdakı bəzi təriqətlər haqqında da araşdırmalarımı bu kitaba daxil etmişəm.”

Müəllifin onu da bildirib ki, kitabın çap olunması ilə bağlı təşəbbüs “Hədəf” nəşriyyatından gəlib: ““Hədəf” nəşriyyatı ilə uzun müddətdir ki, əməkdaşlıq edirəm. Bu nəşriyyatda iki tərcümə kitabım işıq üzü görüb. Eyni zamanda nəşriyyatda çap olunan bir neçə kitabın redaktoruyam. Kitabın ərsəyə gəlməsində əziyyəti olan bütün dostlara təşəkkür edirəm”.

Kitabın redaktoru və ön sözün müəllifi yazıçı Müşfiq Xandır.

300 tirajla çap olunan “Dinlər, təriqətlər, peyğəmbərlər” kitabının qiyməti 3 manatdır.

# 3274 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news