Mariya Teatrında həmyerlimizin iştirakı ilə “Don Kixot” oynanılacaq

Mariya Teatrında həmyerlimizin iştirakı ilə “Don Kixot” oynanılacaq
calendar 13 iyul 2018
clock 10:10

İyulun 24-25-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində Lüdviq Minkusun “Don Kixot” baleti nümayiş etdiriləcək.

İyulun 25-də səhnə əsərində Bazil rolunu Azərbaycanın Əməkdar Artisti Timur Əsgərov canlandıracaq. Baletin nümayişi Marius Petipanın anadan olmasının 200 illiyinə həsr ediləcək. Səhnə əsərinin dünya premyerası 1869-cu ildə Moskvada Böyük Teatrda olub. Balet Mariya Teatrında ilk dəfə 1902-ci ildə oynanılıb.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik, Ukrayna Milli Akademik Opera və Balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov gənclər üçün prezident mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

# 1314 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news