Azərbaycan Milli Elmlər Akademiyasında Milli Mətbuat Muzeyi yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasında Milli Mətbuat Muzeyi yaradılıb
calendar 16 yanvar 2013
clock 21:37

APA-nın məlumatına görə, Milli Mətbuat Muzeyinin yaradılması ilə bağlı qərar AMEA Rəyasət Heyətinin yanvarın 16-da keçirilən iclasında qəbul edilib.


AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla bildirib ki, Müsəlman Şərqində ilk qəzet məhz Azərbaycanda nəşr olunub. Bolşevik inqilabına qədər Azərbaycan mətbuat tarixi çox mürəkkəb və şərəfli yol keçib. Mətbuat tarixi xalqın intellektual tarixidir və onun öyrənilməsi çox zəruridir.

Kamal Abdulla qeyd edib ki, Böyük Britaniya, Türkiyə, Hollandiya və digər ölkələrdə Milli Mətbuat Muzeyləri fəaliyyət göstərir:

«Bu muzeylərdə həm həmin ölkələrin, həm də dünya ölkələrinin mətbuat tarixlərinə dair eksponatlar sərgilənir. Həm də bu muzeylərdə insanlar özlərini müxbir və ya redaktor hiss edə, bir günlük qəzet çıxara da bilirlər».

AMEA Rəyasət Heyətinin qərarı ilə Milli Mətbuat Muzeyinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yerləşdiyi binada yaradılması qərara alınıb.

# 3817 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news