"Şəhriyar mənim apardığım məclisi görməyib, amma danışır"

"Şəhriyar mənim apardığım məclisi görməyib, amma danışır"
calendar 5 iyun 2014
clock 12:02

“Şəhriyar mənim nanay müğənni olduğumu harda görüb? O mənim apardığım məclisləri görsəydi, belə danışmazdı”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada müğənni, yazıçı Zəka Vilayətoğlu bildirib.

Zəka Vilayətoğlu ədəbi mükafat təsis etməsində qeyri-adi bir şey olmadığını deyib: “Mən xeyriyyəçiliyi sevən adamam. Bu mükafatı da yazıçılarımıza dəstək məqsədilə təsis etmişəm. Düşünürəm ki, pis bir iş görməmişəm. Ədəbiyyatdan uzaq adam da deyiləm. Qarabağla bağlı ən yaxşı hekayə müsabiqəsi də keçirmişik, ayın 16-da qaliblərin adı açıqlanacaq. Belə işləri hansı müğənni görür? Siz də buna dəstək vermək əvəzinə tənqid edirsiniz. Ancaq inanın ki, yazılanlardan heç bir narahatlıq keçirmirəm. Sağ olun ki, məsələni diqqətdə saxlayırsınız”.

O, təsis etdiyi mükafata məhz “Zəka” adı verilməsinə də münasibət bildirib: “Mən bu mükafata öz adımı vermək istəsəydim “Zəka Vilayətoğlu” mükafatı təsis edərdim. Zəka çox gözəl addır, özündə çox gözəl mənanı ehtiva edir. Bu nöqteyi-nəzərdən mükafatın “Zəka” adlandırılmasında da qəribə heç nə yoxdur”.

Xatırladaq ki, bir neçə öncə Zəka Vilayətoğlu “Zəka” ədəbi mükafatı təsis edib. Yazıçı Şəhriyar del Gerani Kulis.az-a göndərdiyi müraciətdə onun bu addımını kəskin tənqid edib.

# 2746 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news