Afaq Məsuddan Tərcümə Mərkəzi ilə bağlı AÇIQLAMA

Afaq Məsuddan Tərcümə Mərkəzi ilə bağlı AÇIQLAMA
calendar 30 iyun 2014
clock 17:08

“Gülməlidir. Nə mənə, nə əməkdaşlarımıza bina barədə nə yazılı, nə də şifahi müraciət olunub.” Tərcümə Mərkəzi haqqında yayılmış xəbərə aydınlıq gətirən yazıçı Afaq Məsud Kulis.Az-a açıqlamasında belə deyib.

O bildirib ki, bu barədə heç yerə müsahibə verməyib: “Aktual.az saytına da məsləhətim budur ki, bu cür aktuallıq olmaz. Bina ilə bağlı yalan məlumatlar, süni qalmaqalların yaradılması kimlərinsə marağındadır. Və bunun özü də gülməlidir. Çünki bizim bina dövlətin əmlakıdır. Keçmiş Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 1989-cu ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bina da Nazirlər Kabineti tərəfindən verilib. Biz 24 ildir ki, bu binada yalnız bədii tərcümə ilə məşğul olmuşuq. Dövlət başçısının Tərcümə Mərkəzi ilə bağlı son sərəncamı ilə bizə ölkə üzrə tərcümə proseslərinə nəzarət, bu sahənin təşkili və tənzimlənməsi həvalə olunub. Biz də, Allahın köməkliyi ilə, bu etimadı doğrultmağa çalışacağıq.”

# 2335 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news