M.F.Axundova həsr olunan “Sübhün səfiri” filminin təqdimatı keçirilib

M.F.Axundova həsr olunan “Sübhün səfiri” filminin təqdimatı keçirilib
calendar 29 noyabr 2012
clock 11:04


Noyabrın 28-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Sübhün səfiri” filminin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər qoyan, milli dramaturgiyamızın banisi, böyük ictimai xadim Mirzə Fətəli Axundzadənin həyatı və zəngin, çox şaxəli irsindən bəhs edən ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Anar, rejissoru isə Ramiz Həsənoğludur.

Filmin təqdimatında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkə başçısının sərəncamı ilə bir il ərzində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Mirzə Fətəli Axundovun 200 illik yubileyi geniş şəkildə qeyd olunur. Onun sözlərinə görə, bu müddət ərzində Mirzə Fətəli Axundovun 6 əsəri 21 teatrda tamaşaya qoyulub: “Müxtəlif teatrlarda fəaliyyət göstərən rejissorların dahi dramaturqun əsərlərini özünəməxsus yanaşmaları ilə yeni həyat veriblər. Bundan əlavə, M.F.Axundovla bağlı tamaşalar 7 dövlətdə müxtəlif dillərdə xarici vətəndaşlara çatdırılıb. Biz inanırıq ki, dahi dramaturqun 200 illik yubileyi çərçivəsində hazırlanan “Sübhün səfiri” filmi də tamaşaçılar tərəfindən bəyəniləcək və tez bir zamanda beynəlxalq səviyyədə təqdim olunacaq”.

Daha sonra səhnəyə dəvət olunan ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Anar və rejissoru Ramiz Həsənoğlu filmlər bağlı təəssüratlarını bölüşüblər. Onlar bildiriblər ki, böyük çətinliklərə baxmayaraq müəyyən zamandan sonra sənət əsəri hazırlanıb. Filmin necə hazırlanmasına qiyməti isə tamaşaçılar verəcək.

Qeyd edək ki, “Sübhün səfiri” filminin çəkilişləri Azərbaycan, Gürcüstan və Türkiyədə aparılıb. M.F.Axundovun həyat və yaradıcılığını əks etdirən filmin operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamovdur. Filmdə Mirzə Fətəli Axundovun gənclik dövrünü gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə xalq artisti Rasim Balayev canlandırır. Filmdə Bakıxanov rolunda Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov, Axundovun həyat yoldaşı Tubu xanım obrazını Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova canlandırır.

# 3265 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news