Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildi

Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildi
calendar 19 fevral 2014
clock 12:24

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Bu barədə qərar Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin dünənki toplantısında qəbul olunub.

Konqresin açılış mərasimində çıxış edən TÜRKSOY sədri Düsen Kaseinov Türk Şurasına üzv ölkələrin Yazarlar birlikləri arasında işbirliyinin genişlənməsi zəruriliyini bildirib. O, qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının 2012-ci ilin avqustunda Bişkekdə keçirilən zirvə toplantısında mənəvi dünyamızın zənginləşdirilməsindən ötrü Yazarlar birlikləri arasında TÜRKSOY nəzdində ortaq bir qurumun yaradılmasına qərar verilmişdi.

Sonra tədbirdə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin yaradılması barədə müzakrələr aparılıb və təsis protokolu imzalanıb. Azərbaycanın Xalq yazıçısı Anar qurumun ilk başqanı seçilib.

Qeyd edək ki, Konqresdə həmçinin Xalq yazıçısı Anara Balkanlar Türk Mədəniyyətinə Xidmət ödülü də təqdim olunub.

525.az

# 2695 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news