Varisin “Son məktub”u “Ən populyar 1000 kitab” reytinqinə daxil olub

Varisin “Son məktub”u “Ən populyar 1000 kitab” reytinqinə daxil olub
calendar 8 may 2014
clock 16:50

Varisin İstanbulda işıq üzü görən “Son məktub” romanı Türkiyənin nüfuzlu “1000 Kitab.com” portalındakı “Ən populyar 1000 kitab” reytinqinə daxil olub. Bu barədə Lent.az-a məlumat verən yazıçının sözlərinə görə, roman sürətlə irəliləyərək 192-ci mövqedə qərarlaşıb.

Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Xalid Hüseyninin “Çərpələng uçuran”, Paolo Koelyonun “Kimyagər”, Əlif Şəfəqin ”Aşk”, Rəşad Nuri Güntəkinin “Çalıquşu” kimi romanlarının yer aldığı reytinqdə Türkiyə kitab bazarında dövriyyədə olan 60 min adda yerli və xarici, habelə klassik yazıçıların ən çox bəyənilən romanları yer alıb.

“Son məktub” romanı bu ilin mart ayında çap olunub.

“1000 ən populyar kitab” reytinqi adıçəkilən ədəbiyyat portalında “Ən çox oxunan kitablar” və “Ən yaxşı kitablar” reytinqləri ilə yanaşı, çoxminli ədəbiyyat həvəskarının rəyi əsasında formalaşır.

# 2339 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news