Elçin Hüseynbəyli “Ədəbiyyat”a təqdim olundu FOTOLAR

Elçin Hüseynbəyli “Ədəbiyyat”a təqdim olundu <span style="color:red;">FOTOLAR
calendar 31 mart 2014
clock 09:44

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan Nəşriyyatında yerləşən “Ədəbiyyat qəzeti”nin redaksiyasında olublar. Kulis.Azın Ayb.Az saytına istinadən verdiyi məlumata görə baş redaktor vəzifəsinə yeni təyin edilmiş Elçin Hüseynbəylinin redaksiya kollektivinə təqdim edilməsi üçün toplantı təşkil olunub.

Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birinci katib Fikrət Qoca, katiblər Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza, “Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli və qəzetin redaksiya heyəti iştirak ediblər.

AYB sədri Anar çıxış edərək keçmiş baş redaktor Ayaz Vəfalının səhhəti ilə əlaqədar öz ərizəsilə işdən azad olunduğunu və daha sonra katibliyin iclasında yekdilliklə Elçin Hüseynbəylinin baş redaktor təyin edildiyini vurğulayıb. “Elçin on ildir ki, Ulduz jurnalının” baş redaktorudur. Bu on ildə etimadları doğruldub və işinin öhdəsindən layiqincə gəlib. İnanırıq ki, yeni vəzifəsində də özünü sübut etməyi bacaracaq” deyə Anar bildirib. Daha sonra “Ədəbiyat qəzeti”nin əməkdaşları yeni baş redaktoru təbrik ediblər.

Sonda qəzetin baş redaktoru Elçin Hüseynbəyli çıxış edərək rəhbərliyə ona etimad göstərildiyi üçün minnətdarlığını bildirərək görəcəyi işlərdən söz açıb. “Ədəbiyyat qəzeti”nin istər fotmatında, istərsə də materiallarında tezliklə ciddi dəyişikliklər ediləcək.

# 2195 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news