Nüsrət Kəsəmənlinin həbs edilən oğlu ilə bağlı YENİ QƏRAR

Nüsrət Kəsəmənlinin həbs edilən oğlu ilə bağlı YENİ QƏRAR
calendar 8 yanvar 2015
clock 12:04

Bakı Apelyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunan Araz Kəsəmənlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Araz Kəsəmənlinin apelyasiya şikayəti təmin edilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Kəsəmənli 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Araz Kəsəmənli apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İttihama görə, 2012-ci ilin iyun ayında həbsdən azad olunan Araz Kəsəmənli cəmisi 3 ay sonra təkrar həbs edilib. 2013-cü ilin sentyabrın 17-də ona qarşı cinayət işi açılıb. Bu dəfə o, narkotik istifadəçisi kimi həbs olunub.


Araz Kəsəmənli mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.

# 1183 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news