“Əli və Nino” filminin çəkilişindən – FOTOREPORTAJ

“Əli və Nino” filminin çəkilişindən – <span style="color:red;">FOTOREPORTAJ
calendar 9 iyun 2015
clock 10:19

Yazıçı Qurban Səidin "Əli və Nino" romanı əsasında romantik drama janrında çəkilmiş eyniadlı ekran əsərinin kadrarxası fotoları yayımlanıb.

Fotoqraf Miqsadıq Hüseynin müəllifi olduğu fotolarda filmin İçəri Şəhərdə və Azərbaycan Dövlət Opera və Balet teatrında aparılmış çəkilişlərindən maraqlı kadrlar var. Burada filmin aktyor heyətindən Adam Bakri, Mariya Valverdə, Assad Buab, eləcə də azərbaycanlı aktyorları görə bilərik.

Böyük Britaniyanın məşhur "PeaPie Films" kino şirkəti tərəfindən ekranlaşdırılan "Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

"Əli və Nino" - inqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı təsvir edilir. Əsərdə hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda baş verir. Müharibə, qırğınlar, iğtişaşlar fonunda Əli Xan Şirvanşirlə Nino Kipianinin məhəbbəti göstərilir.

www.buro247.az

# 1255 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news