Kinomuz böyük islahatlar ərəfəsində - SÖZ MİLLİ MƏCLİSİN

Kinomuz böyük islahatlar ərəfəsində - SÖZ MİLLİ MƏCLİSİN
calendar 1 fevral 2017
clock 17:05

"Azərbaycan kinosu böyük islahatlar ərəfəsindədir. Son söz Milli Məclisindir". APA-nın məlumatına görə, bunu C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov "Bizim kino günləri" layihəsinin açılışına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycan kinosunu dünyaya çıxarmaqdır: "Son illərdə Azərbaycan filmləri 50-dən çox ölkədə 160-dan çox festivalda çıxış edib. Müasir dövrün tələblərinə uyğun olaraq, ölkədə yaradıcı sistemi qurmaq üçün yeni qanun layihəsi lazımdır. Qanun layihəsini Milli Məclisə təqdim etmişik, müzakirələr gedir. Qanunun qəbulundan sonra yeni işlər görüləcək. Məsələn, film komissiya və müstəqil kino fondlarının yaradılması planlaşdırılır".

Kinostudiya direktoru qeyd edib ki, Azərbaycan kinosunda özəl film infrastrukturu meydana gəlib: "Rejissorlar müstəqil olaraq, filmlər çəkib Azərbaycan tamaşaçısının diqqətini çəkməyə başlayıblar. Ola bilər, filmələrin bədii keyfiyyəti zəifdir, amma bu qığılcımı məşələ çevirməliyik. "Azərbaycanfilm" kinostudiyası olaraq bizim əsas məqsədimiz iş görən, iş görməyi bacaran insanlarla əməkdaşlıq etmək və onları dəstəkləməkdir".

M. Hətəmov əlavə edib ki, yaxın vaxtlarda komediya filmləri sahəsində İran və Türkiyə prodüserləri ilə iş birliyinin qurulması planlaşdırılır.

# 1026 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news