“Yarımçıq əlyazma” və “ Sehrbazlar dərəsi” yenidən Rusiyada nəşr olundu

“Yarımçıq əlyazma” və “ Sehrbazlar dərəsi” yenidən Rusiyada nəşr olundu
calendar 20 iyun 2013
clock 10:43

Yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” və “ Sehrbazlar dərəsi” romanları Moskvada yenidən nəşr edilib. Kulis.Azın məlumatına görə hər iki əsər «Хudojestvennaya literatura» tərəfindən nəşr olunan “ Romanlar” adlı bütöv kitabda çap olunub. Kitab haqqında ön sözün müəllifi A.M.Bağırovdur.

Kitabda həmçinin K.Abdullanın yaradıcılığı haqqında Rusiyanın görkəmli ədəbi simaları Lev Anninski və Lyudmila Lavrovanın məqalələri də əksini tapıb.

Kamal Abdullanın son dövr Azərbaycan ədəbiyyatında hadisə kimi qiymətləndirilən, Azərbaycan ədəbiyyatının ilk postmodernist nümunələrindən biri olaraq qəbul edilən ”Yarımçıq əlyazma” romanının rus dilində ilk nəşri hələ 2006-cı ildə Moskvanın “Xronikyor” nəşriyyatında baş tutmuşdu. Romanı rus dilinə tanınmış rejissor, mərhum Vaqif İbarhimoğlu tərcümə etmişdi.

Xatırladaq ki, Türkiyə, Fransa, Braziliya, ABŞ, Avstriya və başqa ölkələrdə çapdan çıxmış “Yarımçıq əlyazma” romanı ətrafında həm yerli, həm də xarici mətbuatda geniş müzakirələr aparılmış, həmin ölkə alimləri tərəfindən əsərə münasibət bildirilib.

Həmçinin “Romanlar” kitabında yer alan, müəllifin fəlsəfi pritça janrında qələmə aldığı “Sehrbazlar dərəsi” romanı Sankt-Peterburqun “Zlatoust” nəşriyyatında ilk dəfə olaraq 2011-ci ildə işıq üzü görmüş və hələ o zaman öz yeni oxucularına təqdim olunub. Əsərin tərcüməçisi Lyudmila Lavrovadır. Hazırda «Sehrbazlar dərəsi”nin ingilis dilinə tərcüməsi başa çatıb və nəşrə hazırlanır.

Müəllifin “ Unutmağa kimsə yox...” romanı da rus dilinə tərcümə olunur, yaxın vaxtlarda nəşr olunacağı gözlənilir.

# 2906 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news