Türkiyədə “Təbriz aşıq ənənəsi və aşıq ədəbiyyatı” adlı kitab çapdan çıxıb

Türkiyədə “Təbriz aşıq ənənəsi və aşıq ədəbiyyatı” adlı kitab çapdan çıxıb
calendar 22 iyun 2013
clock 23:25

APA-nın TRT teleradiosunun fars redaksiyasına istinadən məlumatına görə, 349 səhifədən ibarət olan kitab azərbaycanlı tədqiqatçı-alim Nəbi Kobotarian tərəfindən hazırlanaraq “Qaraxan” nəşriyyatında işıq üzü görüb.

Kitab 6 fəsildən ibarətdir. Birinci fəsildə Təbrizdəki aşıq musiqi sənəti və İran türkləri haqqında ətraflı məlumat verilib. İkinci fəsildə İranın, xüsusilə Təbrizin tarixi, coğrafi, iqtisadi və mədəni mövqeyi barədə müfəssəl məlumat almaq mümkündür. Üçüncü fəsildə İrandakı üç növ türk aşıq musiqisi (Azərbaycan, türkmən və qaşqay) ətraflı tədqiq edilib. Dördüncü və beşinci fəsillərdə Təbriz aşıq sənətinin struktur xüsusiyyətləri, növü və üslubları tam izah olunub. Altıncı fəsildə isə Təbriz müasir aşıqları və nümunələri, həmçinin məşhur rəssamların əsərləri təqdim edilib.

Qeyd edək ki, N.Kobotarian 1973-cü ildə Təbriz şəhərində anadan olub. O, 1999-cu ildə Türkiyənin Çuxurova Universitetinin “Türk dili və ədəbiyyatı” fakültəsinə daxil olub. Azərbaycanlı tədqiqatçı-alim universitet illərində apardığı araşdırmalar zamanı Təbriz aşıq musiqi məktəbi ilə bağlı materialları özünün “Ov hekayələri” adlı irihəcmli nəzm və nəsr əsərində toplayıb. İndiyədək onun türk folkloru və ədəbiyyatı sahəsində bir neçə məqaləsi məşhur jurnallarda dərc edilib və beynəlxalq konqreslərin müzakirəsinə təqdim olunub.

# 1879 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news