Sabah saat 12-də “Dalğa” Gənclər Hərəkatının təşkilatçılığı ilə mərhum yazıçı Rafiq Tağının məzarı ziyarət ediləcək. Məzarı ziyarət edildikdən sonra saat 15:00-da yazıçının latın qrafikası ilə nəşr olunmuş “Düşmənimin xatirinə” kitabının “Dalğa Plaza”da təqdimatı keçiriləcək.
Bu barədə kulis.az-a Rafiq Tağının qardaşı İlqar Tağı məlumat verib.
İ.Tağı il mərasiminin isə noyabrın 24-də yazıçının Bakı Şəhər baş Polis İdarəsinin yaxınlığındakı evində keçiriləcəyini bildirib.
Rafiq Tağı keçən il noyabrın 19-da naməlum şəxslər tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakıda 1 saylı xəstəxanada vəfat edib.
Fərid MİRZƏYEV
Şənbə günü Rafiq Tağının il mərasimi keçiriləcək
Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub
09:37
31 oktyabr 2024

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
12:00
29 oktyabr 2024

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?
15:00
28 oktyabr 2024

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi
14:24
28 oktyabr 2024

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?
09:00
28 oktyabr 2024

Ayılma - Hakan Gündayın hekayəsi
15:00
26 oktyabr 2024