Arif Əmrahoğlu xəstəxanaya yerləşdirilib

Arif Əmrahoğlu xəstəxanaya yerləşdirilib
calendar 7 iyun 2014
clock 19:57

Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu xəstəxanaya yerləşdirilib. A. Əmrahoğlunun ailəsindən APA-ya verilən məlumata görə, onun xəstəxanaya yerləşdirilməsinin səbəbi mədə qanaxmasıdır: “Bir neçə gündür xəstəxanaya yerləşdirmişik. Hazırda həkimlər əməliyyata hazırlıqla məşğuldurlar. Əsas problem mədədəki qanaxmanı kəsməkdir. Konkret olaraq son qərar verilməyib. Bütün müayinələr başa çatandan sonra qərar veriləcək ki, bədxassəli şiş təhlükəsi var, yoxsa yox”.

Xanımı əlavə edib ki, xərçəng təhlükəsinin olması barədə həkimlər yalnız ehtimal edirlər: “Bu, ancaq ehtimaldır, həkimlər belə bir şeyi gözləyirlər. Amma dəqiq diaqnoz olmadan, heç nə demək olmaz”.

Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illərdir Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

# 1943 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news