Bu kitab içkiyə və seksual pozğunluğa meyilliliyi artırır ARAŞDIRMA

Bu kitab içkiyə və seksual pozğunluğa meyilliliyi artırır <span style="color:red;">ARAŞDIRMA
calendar 7 oktyabr 2014
clock 13:22

Dünyada geniş oxucu kütləsinə sahib olan “Bozun əlli çaları” romanının bütün seriyalarını oxuyan qadınlar arasında aparılan araşdırmaların nəticəsi təəccübləndirici olub. Kulis.Az-ın radikal.com.tr-yə istinadən verdiyi məlumata görə Miçiqan Əlayət Universitetinin mütəxəssislərinin apardığı araşdırmaya görə E.L.Ceymsin qalmaqallı əsərini oxuyan 18-24 yaş arasındakı qadınlarda birdən artıq partnyora sahib olmaq istəyi və həddindən artıq içki meyilliliyi yaranır.

Araşdırmalar “Bozun əlli çaları”nın qadınların psixologiyasına təsir göstərdiyini ortaya çıxarıb. Məlum olub ki, romanı oxuyan qadınlarda oxumayanlara nisbətdə yemək pozğunluğunun artması və seksual akt zamanı söyüş söyüb, təhqir edən partnyorlarla birlikdə olmaq ehtimalının yüksəlməsi baş verir.

Araşdırmaşı Emi Bonominin sözlərinə görə əgər qadınlar romanı oxumamışdan əvvəl yemək pozğunluğu yaşayırlarsa, bu əsəri oxuyandan sonra xəstəlik daha da arta bilər. Yox əgər romanı oxumamışdan əvvəl belə hallar yaşamayıblarsa bundan sonra bu problemlə qarşılaşa bilərlər.

Yaşı 18-24 arası 650 qadınla təcrübə aparan araşdırmaçılar romanı oxuyan qadınların onların üzərinə bağıran, təhqir edən edən partnyorlara oxumayanlardan 25 faiz artıq meyilli olduqlarını müəyyənləşdiriblər. Seriyanın hamısını oxuyan qadınlarda içkiyə həddindən artıq meyillilik oxumayanlara nisbətən 65 faiz, həyatı boyu beş və daha artıq partnyorla olmaq istəyi isə 63 faiz artır.

“Journal of Women’s Health” dərgisindeə dərc olunan araçdırma roman seriyası ilə sağlamlıq problemləri arasındakı əlaqəni incələyən ilk işdir. Bu araşdırmanın geniş müzakirə olunacağı gözlənilir.

# 2334 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news