Məşhur türk serialında Azərbaycana qarşı sayğısızlıqVİDEO

<b>Məşhur türk serialında Azərbaycana qarşı sayğısızlıq</b> – <span style="color:red;">VİDEO
calendar 28 fevral 2018
clock 11:18

Türkiyədə nümayiş olunan “Sən anlat Karadeniz” serialında “Əli və Nino”nun Azərbaycan romanı olması qeyd edilməyib.

Kulis.azın məlumatına görə, məşhur romanının süjeti adi məhəbbət əfsanəsi kimi təqdim edilib.

Osman Sınavın rejissoru olduğu serialda Tahir adlı qəhrəman Nəfəs adlı qadına Batumidə yerləşən “Əli və Nino” abidəsini göstərək onların sevgi macərasından danışır.

Lakin Əlinin (Əlixan Şirvanşir) azərbaycanlı olduğu, Bakıda doğulub-böyüdüyü, hadisələrin Bakıda baş verməsi və Əlinin 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti uğrunda müharibə zamanı həlak olması qeyd olunmur.

Əksinə əsər çox ümumi şəkildə şərqli bir kişi ilə qərbli qadının nakam məhəbbət əfsanəsi kimi göstərilir. Serialda “Nino” obrazı avropalı kimi təqdim olunur. Nə əsərinin müəllifi (Əsərin müəllifinin Qurban Səid və ya Yusif Vəzir Çəmənzəminli olduğu ehtimal edilir) barədə, nə də hadisələrin Azərbaycanda keçməsi haqda danışılır.

Qeyd edək ki, “Əli və Nino” romanı iki bakılının - müsəlman Əlixan Şirvanşirlə gürcü qızı Nino Kipianinin sevgi macərasından bəhs edir. Əsər 1918-ci ildə yazılıb, ilk dəfə 1937-ci ildə Avstriyada, alman dilində nəşr edilib.

“Əli və Nino” dünyanın 33 dilinə tərcümə edilib.

2011-ci ildə Gürcüstanın Batumi şəhərində “Əli və Nino” adlı abidə ucaldılıb. Hərəkətli, metal konstruksiyanın hündürlüyü 7 metrdir, abidənin fiqurları on dəqiqə ərzində qovuşub sonra təzədən ayrılırlar.

Abidənin müəllifi Tamara Kvesitadzedir.

Serialdan həmin kadrları təqdim edirik.

# 1244 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news