“Azərbaycanfilm” kinostudiyası xaricdə kino təhsili almaq istəyən gənclərə müraciət edib

“Azərbaycanfilm” kinostudiyası xaricdə kino təhsili almaq istəyən gənclərə müraciət edib
calendar 11 aprel 2014
clock 15:19

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası xaricdə kino təhsili almaq istəyən gənclərə müraciət edib.

“Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, özündə bacarıq və istedad hiss edən, yaradıcılıq həvəsi olan gənclər dövlətin yaratdığı imkandan istifadə etməklə xaricdə kino ixtisası üzrə yüksək təhsilə yiyələnə bilərlər: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bu işə maraq göstərənlər üçün geniş imkanlar açır. Proqrama əsasən xaricdə təhsil haqqı, yataqxana və ya ev kirayəsi, digər yaşayış xərcləri, viza, qəbul edən ölkədə qeydiyyat, zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, Azərbaycandan təhsil aldığı ölkəyə və geriyə gediş-gəliş xərcləri dövlət tərəfindən ödənilir. Mədəniyyət və Turizm Nazirliyi gənclərimizin xaricdə təhsil almasını daim diqqət mərkəzində saxlayır. Təhsil Nazirliyinin rəhbərliyi öz müraciətlərində gənclərimizi bu Proqramdan yararlanmağa çağırır”.

M. Hətəmov qeyd edib ki, xaricdə təhsil almaqla bağlı bütün məlumatları “xaricdetehsil.edu.gov.az” saytından əldə etmək mümkündür: “Aparıcı beynəlxalq kino məktəblərində təhsil almış, dünyanın nüfuzlu kinematoqrafçılarından sənətin sirlərini mənimsəmiş, rejissor və operator sənəti, kino rəssamlığı, səsyazma, animasiya və qrafika - bütün bu ixtisaslar üzrə təhsil almış gənclərə ehtiyacımız böyükdür. Bu məqsədlə “Azərbaycanfilm” kinostudiyası olaraq xaricdə təhsil alacaq gənclərimizə əlimizdən gələn köməkliyi əsirgəməyəcəyik”.

# 1455 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news