Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?

Yad kişiylə qaçan arvadının ayaqqabısının içinə pul qoyan kişi kim idi?
calendar 25 oktyabr 2024
clock 12:00

Bu gün məşhur ozan Aşıq Veysəlin doğum günüdür.

Kulis.Az Sunay Akının “Aşıq Veysəl” essesini təqdim edir

Anadolunun bir kəndində günəş yavaş-yavaş batmağa, hava qaralmağa başlayır. Qaranlıq kəndin üstünü örtür. Kənddəki evlərdən birində bir kişi ilə bir qadın yerlərini salıb yatmağa hazırlaşırlar. Ertədən yatıb səhər sübh duracaqlar. Kişini paltarını dəyişib, yatağa girir. Evin pəncərəsindən bir kölgə keçir, bir kölgə keçir qaranlıq bağçaya düşən işıqda ağacların arasından.

Qadın pəncərədən baxır və gülümsəyir. Qadının sevgilisi bağçadadır… Vədələşdikləri kimi, razılaşdıqları saatda və yerdə sevgilisi onu gözləməkdədir. Ərin yatmağından əmin olan qadın, sakitcə yerindən qalxır, əynini geyinir… və pəncərədən hoppanıb qaçır. Başqa biri üçün ərini tərk edir. İki sevgili qaçmağa başlayır… Tarlaları, çəmənləri keçirlər… Anadolu kəndidir, necə qaçmasınlar ki?!

Arxalarından onları qovalayan o qədər şey var: namus bəlası, törə cinayətləri, yoxsulluq, cəfa, qorxu. Dallarınca bunlar düşmüşkən, necə dayanmaq olar ki?! Kənddən xeyli uzaqlaşanda sonra, nəfəslərini dərmək üçün dayanırlar. Qadın fasiləni fürsət bilib təngnəfəs dillənir: “Evdən çıxandan bəri ayaqqabım sıxır, elə bil, içində nəsə var.”

Qadın ayaqqabısını çıxarıb baxır ki, içində bir topa pul. Əri hər şeyi bilirmiş. Bilirmiş ki, qaçacaq…

“Məni tərk edəcək, amma illərlə şorbasını içdim, paltarlarımı yudu, ütülədi, üstümdə zəhməti var.”

Həmin yoxsul kəndli kişi başqa biriylə onu tərk edən arvadını yad ellərdə ac qalmasın deyə, arvadının sürətlə ondan uzaqlaşan ayaqqabısının içinə bütün pulunu qoyubmuş.

O böyük ürək sahibini, o inanılmaz böyüklüyü göstərən kişini hamınız tanıyırsınız. Çünki o məşhur misrasında bizə səsləndiyi kimi, həmişə “uzun incə bir yoldaydı və gedirdi gündüz-gecə…”

O, Aşıq Veysəl idi.

Tərcümə etdi: Qismət.

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news