Mussolininin baş rolda oynadığı film

Mussolininin baş rolda oynadığı film
calendar 9 oktyabr 2014
clock 10:13

İtaliyanın Pordenone şəhərində keçirilən səssiz filmlər festivalında Benito Mussolininin baş rol aldığı “Əbədi şəhər” filmindən parça göstərilib.

Kulis.az-ın "Il Messaggero" qəzetinə istinadən verdiyi xəbərə görə, filmi 1923-cü ildə Hollivudda rejissor Corc Fitsmoris çəkib. Film məşhur prodüser Samuel Qoldvinin ideyası ilə Mussolinin hakimiyytə gəlişindən sonra lentə alınıb.

Bu nadir lent Amerikada tapılıb və rəqəmsal formata köçürülüb.

Baş rolu Mussolini özü oynayıb. Çəkiliş vaxtı faşist liderinin 39 yaşı vardı və o zaman artıq İtaliyanın baş naziri idi.

view 1777 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news