“Facebook anaları” kimlərə deyirlər?

“Facebook anaları” kimlərə deyirlər?
calendar 17 iyul 2014
clock 07:30

İngilis dilində hər gün təxminən 15 yeni söz və ifadələr yaranır. Onlardan bəziləri slenqə çevrilir, yəni daha tez dilə adaptasiya olur, böyük bir fikri qısa yolla ifadə etməyə kömək edir. Kulis.az bəzi maraqlı neologizmləri təqdim edir:

Kimsəbaşqası (someoneelsie) - yaşlı nəslin nümayəndələrindən kiminsə selfi çəkməyə çalışıb, ancaq telefonu düzgün tutmağından yaranan qəribə foto “kimsəbaşqası” adlanır.

Apateizm (apatheism) - Allahın olub-olmamasının kiminsə heç vecinə olmaması halı.

XL nəsli (Generation XL) - Makdonalsda yeyib çəkisi normadan artıq olan uşaqların nəsli.

Birinci Dünya Aclığı (First World Hungry) - ac deyilsən, amma soyuducunu açıb yeməyə nəsə axtarırsan.

Tərifşikayət (humblebrag) - nəyisə şikayət edirmişcəsinə tərifləmək.

Qardaş dairəsi (brotherzone) - qızdan “sən mənim üçün dost kimisən” sözündən daha ağır olan “sən mənə qardaş kimisən” sözünü eşitmək.

Rəqs şirəsi - alkoqolun yeni adı.

Ölü həftə (dead week) - imtahandan qabaqkı həftə, diplom müdafiəsi, kurs işi... Həmin vaxtı tələbələrə fikir versəniz, görərsiniz ki, onlar zombiyə oxşayırlar.

Ağızqazm (mouthgasm) — əsrarəngiz dadı olan bir şey yedikdə yaşadığın hiss.

Sapioseksual - intellektin ve dərin zəkanın seksual olduğunu düşünmək. (Smart is the new sexy.)

Futbol dulu (football widow) - futbol mövsümü başlayarkən əri ilə münasibətlərinin müvəqqəti olaraq dayanmasına dözən qadın.

Facebook anaları - (facebook mommy) - uşaqları tərbiyə etməyə vaxtı yoxdur, çünki bütün gün onların şəklini Facebookda #uşaqlarmənimhəyatımdır heşteqi ilə paylaşırlar.

# 3235 dəfə oxunub

Oxşar xəbərlər

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

Mahir Qabiloğlunun kirvəsi və elçisi İsmayıl Şıxlı

13:22 26 noyabr 2024
İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

09:00 31 oktyabr 2024
Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

Stalinin bakılı həyat yoldaşı - O niyə özünəqəsd etmişdi?

17:00 24 oktyabr 2024
"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

"Bir daha qızlara “can” söyləməsin..." - Süleyman Rüstəm Səməd Vurğundan nə istəyirdi?

15:00 23 oktyabr 2024
Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

Azərbaycan onun üçün həbsxana idi... - Nazir qızının qərib taleyi

12:00 23 oktyabr 2024
menu pen all_news